“İndiyədək mənə ərə getmək istəyən qadınların çoxu cılız idi”.
“Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bunu “Pakistanlı Halk” kimi tanınan 444 kq çəkili Ərbab Həyat deyib.
O, “özünə uyğun” həyat yoldaşı axtardığını söyləyib.
Nəhəng görüntüsü ilə komiks qəhrəmanı Halka bənzəyən 27 yaşlı Ərbab Həyat ailəsinin istəyi ilə özünə uyğun bir həyat yoldaşı axtardığını bildirib. Lakin o, bir çox namizədin fiziki xüsusiyyətlərindən dolayı ona uyğun olmadığını da vurğulayıb.
“Çəkisi ən az 100 kilo olan bir qadınla tanış olmaq istəyirəm. Lakin onun boyunun 1,92 metrdən hündür olması lazımdır ki, birlikdə xoş görünək”, - “pakistanlı Halk” söyləyib.
Qeyd edək ki, Ərbab Həyat Pakistanın şimalındakı Mərdan şəhərində yaşayır. O, 1,97 metr boyu və 444 kq çəkisi ilə məşhurdur. Ə.Həyat maşınları qaldırır, iplə traktor və avtobusları darta bilir. O, görünüşünü qorumaq üçün gün ərzində 4 toyuq, 36 yumurta və 3 kq ət yeyir. Bundan əlavə, 5 litr də süd içir.
“Pakistanlı Halk” peşəkar güləşçilərin qatıldığı WWE-də iştirak etməyi də qarşısına məqsəd qoyub.