Pakistanlı astronavt Çinin "Tyanqun" stansiyasında ilk əcnəbi olacaq

Maraqlı
  • 24 noyabr, 2026
  • 10:32
Pakistanlı astronavt Çinin Tyanqun stansiyasında ilk əcnəbi olacaq

Pakistanın ilk astronavtı Məhəmməd Zeşan Əli Çinin "Şençjou-24" kosmik missiyasına faydalı yük üzrə mütəxəssis qismində qatılacaq.

Pakistanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, o, Çinin "Tyanqun" kosmik stansiyasına səfər edən ilk xarici astronavt olacaq.

Missiya çərçivəsində pilotlu kosmik uçuşlar, elmi tədqiqatlar və astronavt hazırlığı sahələrində dəyərli təcrübə əldə edilməsi nəzərdə tutulur.

Missiyanın emblemi üzərində Pakistanın milli çiçəyi olan yasəmən təsvir olunub.

44 filmi