Dünya əhalisinin ümumi sayı 8 milyardı ötüb. Onların 50,5 faizi kişi, 49,5 faizi isə qadınlardır.
Bu barədə “Report” “Countrymeters” xidmətinə istinadən xəbər verir.
İndi əhalinin sayı ildə 90 milyon nəfərdən çox artır.
Dünya əhalisinin 70%-dən çoxu 20 ən sıx məskunlaşan ölkədə yaşayır. Çin hazırda dünyanın ən sıx məskunlaşdığı ölkə olsa da, Hindistanın əhalisi daha sürətlə artır. 2023-cü ildə Hindistanın bu reytinqdə Çinin yerini alacağı gözlənilir.
Qeyd edək ki, dünya əhalisinin təxminən 36%-i Çin və Hindistanda yaşayır.
Dünya əhalisinin yarıdan çoxu özünü dini qrupa aid edir. Ən böyük qruplar bunlardır: Xristianlıq (32%) və İslam (24%).
Dünyada ən çox görülən beş ölüm səbəbi isə bunlardır: işemik ürək xəstəliyi, insult, aşağı tənəffüs yollarının infeksiyası, xroniki obstruktiv ağciyər xəstəliyi və traxeya, bronxlar və ağciyər xərçəngi.