Britaniyanın Baş konsulu Çində tələbəni ölümdən xilas edib
Britaniyanın Baş konsulu Çində tələbəni ölümdən xilas edibBöyük Britaniyanın Çinin Çunçin şəhərindəki baş konsulu, 61 yaşlı Stiven Ellison bu ölkənin Çjunşan şəhərində suda boğulmaqda olan 24 yaşlı tələbəni xilas edib.
Böyük Britaniyanın Çinin Çunçin şəhərindəki baş konsulu, 61 yaşlı Stiven Ellison bu ölkənin Çjunşan şəhərində suda boğulmaqda olan 24 yaşlı tələbəni xilas edib.
Bununla bağlı yayılmış videogörüntülərdə qızın suya düşməsi, sonra huşunu itirməsi əks olunub.
Kadrlarda tələbənin boğulduğunu görən, lakin onun xilası üçün heç nə etməyən insanların səsləri eşidilir.
Bu zaman Böyük Britaniyanın Çunçin şəhərindəki baş konsulu Ellison suya atılıb və tələbəni sahilə çıxarıb.
"Biz hamımız Çunçindəki Baş konsulumuz Stiven Ellisonla son dərəcə fəxr edirik", - Böyük Britaniyanın Çindəki səfirliyinin “Twitter” səhifəsində qeyd edilib.
We are all immensely proud of our Chongqing Consul General, Stephen Ellison, who dived into a river on Saturday to rescue a drowning student and swim her to safety. pic.twitter.com/OOgXqsK5oe