Bill Qeyts dünyanın ən zəngin insanları siyahısında geriləyib

Bill Qeyts dünyanın ən zəngin insanları siyahısında geriləyib “Microsoft” şirkətinin qurucusu Bill Qeyts xanımı ilə rəsmi boşanmadan sonra dünyanın ən zəngin insanlarının siyahısında dördüncü yeri tərk edib.
Maraqlı
9 Avqust , 2021 23:58
Bill Qeyts dünyanın ən zəngin insanları siyahısında geriləyib
Bill Qeyts

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts xanımı ilə rəsmi boşanmadan sonra dünyanın ən zəngin insanlarının siyahısında dördüncü yeri tərk edib.

“Report” xəbər verir ki, bu barədə “Forbes” bildirib.

Nəşrin məlumatına görə, hazırda Qeytsin sərvəti 129,6 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Beləliklə, o siyahıdakı dördüncü yeri feysbukun qurucularından olan Mark Sukerberqə verib. Sonuncunun sərvəti 130,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Qeyd edək ki, hələ mayda Bill və Melinda Qeyts nikahı pozmaq qərarını elan ediblər. Onlar avqustun əvvəlində "nikahın pozulması haqqında müqaviləni" imzalamağa razılaşdıqlarını bildiriblər. Qeytsin boşanma prosedurları tarixə ən "bahalı boşanma" kimi düşə bilər.

Qeyd edək ki, Bill və Melinda 27 illik ailə həyatına ikitərəfli razılıq əsasında son qoyublar. Cütlüyün üç övladı var.

Son xəbərlər

Orphus sistemi