Astronomlar ilk dəfə sayrışan ağ cırtdan ulduz aşkarlayıblar

Astronomlar ilk dəfə sayrışan ağ cırtdan ulduz aşkarlayıblar İngiltərənin Darem Universitetinin alimləri olduqca sürətli dövri parlaqlıq dəyişikliklərinə malik ağ cırtdan ulduz aşkarlayıblar.
Maraqlı
856
19 Oktyabr , 2021 06:08
Astronomlar ilk dəfə sayrışan ağ cırtdan ulduz aşkarlayıblar

İngiltərənin Darem Universitetinin alimləri olduqca sürətli dövri parlaqlıq dəyişikliklərinə malik ağ cırtdan ulduz aşkarlayıblar.

“Report” xəbər verir ki, bu barədə məqalə “Nature Astronomy” jurnalında dərc olunub.

Qeyd edilir ki, ağ cırtdan ulduzlar termonüvə yanacaqları tükənmiş, lakin kütləsi neytron ulduzuna çevrilmək üçün kifayət etməyən köhnə ulduzlardır. Onlar 0,08-12 Günəş kütləsi olan ulduzlara çevrilə bilər.

Yeni ağ cırtdan ulduzu Simon Skarinqin rəhbərliyi altında astronomların komandası müşahidə edib. Səma cismi “TW Pictoris” sistemindədir. Materiyanın bir ulduzdan digərinə keçməsi bir neçə gündən bir aya qədər davam edən parlaqlıq dəyişiklikləri ilə müşayiət olunur.

Alimlər “Transiting Exoplanet Survey Satellite” teleskopunun köməyi ilə müşahidə etdikləri ağ cırtdanın parlaqlığının təəccüb doğuran sürətlə dəyişdiyini qeydə alıblar. Bildirilir ki, o, parlaqlığını yarım saat ərzində üç dəfə dəyişə bilər.

“TW Pictoris” sisteminin ağ cırtdan ulduzu rekord vaxtda iki parlaqlıq rejimi arasında dəyişir.

Son xəbərlər

Orphus sistemi