Amerikalı idmançı Olimpiadada cırıq idman ayaqqabıları ilə iştirak edir

Amerikalı idmançı Olimpiadada cırıq idman ayaqqabıları ilə iştirak edir Bakı. 15 fevral. REPORT.AZ/ Amerikalı körlinqçi Tayler Corc XXIII Qış Olimpiya Oyunlarında artıq səkkiz ildir istifadə etdiyi cırıq idman ayaqqabıları ilə iştirak edir.
Maraqlı
15 Fevral , 2018 15:20
Amerikalı idmançı Olimpiadada cırıq idman ayaqqabıları ilə iştirak edir
The New York Times

Bakı. 15 fevral. REPORT.AZ/ Amerikalı körlinqçi Tayler Corc XXIII Qış Olimpiya Oyunlarında artıq səkkiz ildir istifadə etdiyi cırıq idman ayaqqabıları ilə iştirak edir.

Bu barədə "Report" "The New York Times"a istinadən xəbər verir.

T.Corcun dediyinə görə, bunlar alış-veriş mərkəzindən alınan adi idman ayaqqabısıdır. Sadəcə, o, buz üstündə daha yaxşı sürüşmək üçün ayaqqabıya teflon qatı yapışdırıb.

Səkkiz illik istifadədən sonra ayaqqabı bir neçə yerdən cırılıb. İdmançı bunu zarafatla havalandırma adlandırır.

Amerikalı körlinqçi yeni ayaqqabılara alışmaq üçün uzun müddət vaxt olduğundan köhnə idman geyimini dəyişmir. Ayaqqabıların əvəz edilməsi üzrə iki cəhd uğursuz olub. Digər tərəfdən, atlet idman ayaqqabılarını təmir elətdirmir, çünki onlarsız heç bir neçə gün də qalmaq istəmir.

Son xəbərlər

Orphus sistemi