ABŞ-da itləri öldürən naməlum xəstəlik yayılıb

ABŞ-da itləri öldürən naməlum xəstəlik yayılıb ABŞ-da itlərin tənəffüs sisteminə təsir edən mənşəyi məlum olmayan xəstəlik epidemiyası baş verib. İnfeksiyanın simptomlarına öskürək, gözdən və burundan maye axıntısı, zəiflik daxildir.
Maraqlı
19 Noyabr , 2023 04:50
ABŞ-da itləri öldürən naməlum xəstəlik yayılıb

ABŞ-da itlərin tənəffüs sisteminə təsir edən mənşəyi məlum olmayan xəstəlik epidemiyası baş verib. İnfeksiyanın simptomlarına öskürək, gözdən və burundan maye axıntısı, zəiflik daxildir.

“Report” xəbər verir ki, bu barədə Amerika Baytarlıq Tibb Assosiasiyasının (AVMA) saytında məlumat verilib.

Təşkilatın məlumatına görə, bu ilin avqust ayının ortalarından bəri təkcə Oreqon ştatında 200-dən çox yoluxma hadisəsi qeydə alınıb. Xəstəlik demək olar ki, antibiotiklərlə müalicə olunmur və bəzi hallarda kəskin pnevmoniyaya səbəb olur ki, bu da tez ağırlaşır və cəmi 24-36 saat ərzində ölümcül nəticəyə səbəb olur.

Xəstəliklə qarşılaşan baytarların sözlərinə görə, xəstəliyin törədicini hələlik müəyyən etmək mümkün olmayıb. Bunun virus ola biləcəyindən şübhələnirlər, lakin ümumi tənəffüs testlərinin nəticələri ya mənfi, ya da belə simptomlara səbəb ola bilməyən patogenlər müəyyən edilib.

Xəstəlik Kolorado, Nyu-Hempşir və Massaçusets ştatlarında da aşkarlanıb. Müəmmalı xəstəlik səbəbindən artıq neçə itin həyatını itirdiyi hələ dəqiq bilinmir.

İnfeksiyanın ev heyvanlarının sağlamlığı üçün ciddi nəticələrinə baxmayaraq, baytarlar it sahiblərini təlaşa düşməməyə və ev heyvanlarının müxtəlif respirator xəstəliklərə qarşı peyvənd olunmasını təmin etməyə, həmçinin onların digər itlərlə qarşılıqlı əlaqəsini məhdudlaşdırmağa çağırır.

Son xəbərlər

Orphus sistemi