“Yelo Bank” planlarını açıqladı

“Yelo Bank” planlarını açıqladı “Yelo Bank” ASC yaxın aylarda nizamnamə kapitalını 30 milyon manat artırmağı nəzərdə tutur.
Maliyyə
29 Aprel , 2020 13:48
“Yelo Bank” planlarını açıqladı

“Yelo Bank” ASC yaxın aylarda nizamnamə kapitalını 30 milyon manat artırmağı nəzərdə tutur.

“Report” xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədri Nikoloz Şurqaia brifinq zamanı bildirib:

“Bu qərar səhmdarların ümumi yığıncağında verilib. Kapital artımını üç tranşla həyata keçirmək fikrindəyik”.

Hazırda kapital həcminin 61 milyon manat olduğunu qeyd edən bank rəhbəri kapital gəlirliyini ötən ilki 5 faizdən 20 faizə çatdırmağı qarşıya məqsəd qoyduqlarını diqqətə çatdırıb: “2016-2018-ci illər ərzində daim zərərlə çalışdıqdan sonra 2019-cu ildə ilk dəfə mənfəət əldə etdik. Bu il üçündə mənfəət gözləyirdik, di gəl koronavirus pandemiyası üzündən bu planı gələn ilədək təxirə salmalı olduq. Bu il xərclərimizi 4,5-5 milyon manat azaltmaq fikrindəyik”.

Bank rəhbəri hazırkı üçillik planda xeyli böyümə, İKT-yə yatırımları, bankomat və POS terminallarının artırılması kimi hədəflərin nəzərdə tutulduğunu da dilə gətirib: “Gələcəkdə daha çox işgüzar kreditlərə yönəlmək niyyətindəyik. Qarşıdakı 5 il ərzində mötəbər bank korporasiyasına çevrilmək istəyirik”.

Bu məqsədə səmərəli fəaliyyətlə və mənfəət qazanmaqla, korporativ idarəçiliyi təkmilləşdirməklə çatacaqlarını qeyd edən idarə heyəti sədri ötən il işçi heyətini 500 nəfər artıraraq 900 nəfərə çatdırdıqlarını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi