Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlər üçün büdcədən xərc artırılır

Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlər üçün büdcədən xərc artırılır Bakı. 1 noyabr. REPORT.AZ/ Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlər üçün 2019-cu ilin dövlət büdcəsində 27 mln. manat birdəfəlik xərc nəzərdə tutulub.
Maliyyə
1 Noyabr , 2018 15:49
Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlər üçün büdcədən xərc artırılır

Bakı. 1 noyabr. REPORT.AZ/ Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlər üçün 2019-cu ilin dövlət büdcəsində 27 mln. manat birdəfəlik xərc nəzərdə tutulub.

“Report”un dövlət büdcəsinə Hesablama Palatasının rəyinə istinadən verdiyi xəbərə görə, bu, 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə 12,3 mln. manat və ya 83,7% çoxdur. 2019-cu ilin proqnozu 2017-ci ilin icrası ilə müqayisədə isə 21 069 min manat və ya 4,6 dəfə azdır.

“Büdcə zərfi”nə daxil edilən məlumatların təhlili əsasında Hesablama Palatasının hesablamalarına görə, 2019-cu ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 2 800,1 mln. manat nəzərdə tutulub ki, bu da 2017-cı ilin icra göstəricisindən 199 mln. manat və ya 7,6% çox, 2018-ci ilin gözlənilən icra göstəricisindən 565,6 mln. manat və ya 16,8% azdır. 2019-cu il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 11,3% təşkil edib.

Hesablama Palatası birdəfəlik təyinatlı xərclər anlayışının və istifadə istiqamətlərinin normativ-hüquqi aktlarda müəyyən edilməsini və növbəti ilin dövlət büdcəsi haqqında qanunda birdəfəlik təyinatlı xərclər üzrə hədlərinin müəyyən olunmasını təklif edir.

Son xəbərlər

Orphus sistemi