Yuxarı
    Bağlamaq

    "Parabank"ın məsələsinə bu gün baxılacaq

    Maliyyə Bazarlarına Nəzarət Palatası Para ASC-nin bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi ilə bağlı məsələyə baxacaq

    Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının iclasında "Parabank" ASC-nin təsis etdiyi "Para" ASC-nin bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi ilə bağlı məsələyə baxılacaq.

    "Report"un verdiyi xəbərə görə, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

    O deyib ki, "Parabank" tərəfindən ümumilikdə 32 mln. manat həcmində qorunmayan öhdəlik icra edilib. Onun sözlərinə görə, bankın balansında olan kreditlər və səhmdarların vəsaitləri imkan verir ki, BOKT kimi fəaliyyət göstərsin.

    R.Aslanlı əlavə edib ki, bank ləğv ediləndə onun kapitalı 40 mln. manat olub.

    Onun sözlərinə görə, "Qafqaz İnkişaf Bankı" ASC-də qorunmayan əmanətlərin icrasına isə aprel ayından başlanılması gözlənilir.

    Xatırladaq ki, "Parabank"ın lisenziyası MBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən ləğv edilib. Palata bu qərarını bankın aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmaması, məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi, təhrif edilmiş hesabatları təqdim etməsi, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməməsi ilə izah edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi