Maliyyə nazirinin keçmiş müşavirinə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyində vəzifə verilib

Maliyyə nazirinin keçmiş müşavirinə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyində vəzifə verilib Bakı. 24 sentyabr. REPORT.AZ/ Maliyyə nazirinin keçmiş müşaviri Namiq Xəlilov işdən çıxması ilə bağlı ötən həftə mətbuatda yayılmış məlumata aydınlıq gətirib.
Maliyyə
24 Sentyabr , 2018 09:48
Maliyyə nazirinin keçmiş müşavirinə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyində vəzifə verilib
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ Maliyyə nazirinin keçmiş müşaviri Namiq Xəlilov işdən çıxması ilə bağlı ötən həftə mətbuatda yayılmış məlumata aydınlıq gətirib.

O, “Report”a açıqlamasında vəzifəsini, təxminən, 6 ay bundan əvvəl tərk etdiyini bildirib.

“Bu ilin aprel ayından mən Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı ticarət nümayəndəliyində baş məsləhətçi vəzifəsində çalışıram”, - keçmiş müşavir qeyd edib.

Xatırladaq ki, N.Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası yarandıqdan və adı çəkilən dövlət xidməti ləğv edilərək onun səlahiyyətləri Palataya verildikdən sonra nazir Samir Şərifov N.Xəlilovu özünə müşavir təyin etmişdi. Hazırda isə onu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Elman Mehdiyev əvəz edir. 

Qeyd edək ki, N.Xəlilovun vəzifədən azad edilməsi ilə bağlı ilk xəbəri Unikal.org saytı yayıb.

Son xəbərlər

Orphus sistemi