Yuxarı

"Kapital Bank" təşəkkürnamə ilə təltif edilib

"Kapital Bank" təşəkkürnamə ilə təltif edilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təşkil olunan Dayanıqlı İnkişaf Məqsədləri və Biznes mühiti tədbirində Korporativ Sosial Məsuliyyət üzrə fəal olan təşkilatlar mükafatlandırılıb.

Kapital Bankdan "Report"a verilən məlumata görə, "Kapital Bank"ın dəstəyi və "Kapital Bank"ın “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “Yaşa” Təqaüdçülər Mərkəzi xüsusi təşəkkürnamə ilə təltif olunub.

Məlumata görə, forum formatında keçirilən tədbir zamanı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev və digər qonarlar çıxış edərək, şirkətlərin və sahibkarların fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafında mühüm amil olduğunu vurğulayıblar.

Qeyd edək ki, “Yaşa” Mərkəzi "Kapital Bank"ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) yerləşir.

Mərkəzin hazırda 2000-ə yaxın fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 012 425 55 23 nömrələrinə və ya www.teqaudchu.azsaytına müraciət etmək olar.

Xatırladaq ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi