Yuxarı

Niyazi Səfərov

 - 

Azərbaycan İqtisadiyyat və Sənaye nazirinin müavini



2014

Azərbaycan prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan İqtisadiyyat və Sənaye nazirinin müavini təyin edilib. Ailəlidir, 3 övladı var.

2006

2006-cı ildən Azərbaycan İqtisadi İnkişaf nazirinin müavini vəzifəsində çalışır.

1992

1992-2006-cı illərdə Azərbaycan Prezident Aparatında Qanunvericilik və Hüquq Ekspertizası məsələləri şöbəsinin müdir müavini olub.

1990

1990-1992-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini olub.

1982

Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda başlayıb.

1959

Səfərov Niyazi Abdulla oğlu 1959-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.