"Citibank": Hökumətlər yeni elektron valyutalar yaradacaq

"Citibank": Hökumətlər yeni elektron valyutalar yaradacaq Bakı. 9 noyabr. REPORT.AZ/ Bitkoin qlobal maliyyə sisteminə real təhlükə yaradır. Hökumətlər bu duruma öz elektron valyutalarının emissiyası ilə cavab verəcək. 
Maliyyə
9 Noyabr , 2017 14:50
Citibank: Hökumətlər yeni elektron valyutalar yaradacaq

Bakı. 9 noyabr. REPORT.AZ/ "Bitkoin qlobal maliyyə sisteminə real təhlükə yaradır. Hökumətlər bu duruma öz elektron valyutalarının emissiyası ilə cavab verəcək". 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankının rəhbəri Maykl Korbat (Michael Corbat) verib.

"Düşünmürəm ki, hökumətlər yeni yaranan texnologiyaların onların maliyyə sahəsindəki inhisarçılığı dağıtmasına laqeyd qalsınlar. Yeni texnologiyalar məlumat dövriyyəsini, vergitutmanı, çirkli pulların yuyulmasını və s. sahələri ələ keçirməyə hazırlaşır", - Korbat bildirib.

Korbat həmçinin deyib: "Yəqin ki, hökumətlər öz şəxsi elektron valyutalarını yaradacaq. Bu valyutaların adı kriptovalyuta olmayacaq. Mən bu adın elektron valyutalara uyğun olmayacağını düşünürəm. Yeni texnologiyalar saxta deyil, onlar kifayət qədər həqiqidir. Biz diqqətlə vəziyyətə nəzarət edirik".

Qeyd edək ki, bitkoinin qiyməti bu ilin əvvəlindən 7,2 dəfə artaraq 7 200 dollara yüksəlib.

Son xəbərlər

Orphus sistemi