"Bank VTB (Azerbaijan)"ın rəhbərliyində dəyişiklik olub
Maliyyə
- 12 iyul, 2016
- 08:48
Bakı. 12 iyul. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətində (İH) dəyişiklik olub. Bankdan "Report"a verilən məlumata görə, İH-nin üzvü Tural Eldəniz oğlu Vəliyev vəzifəsindən azad edilib.
Onun işdən kənarlaşdırılmasına səbəb kimi bankın strategiyasının dəyişməsi göstərilir. Belə ki, "Bank VTB (Azerbaijan)"da T.Vəliyevin tutduğu vəzifə ləğv edilib, buna görə də, avtomatik olaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti artırılmayıb.
Xatırladaq ki, 30 sentyabr 2015-ci il tarixindən "Bank VTB (Azerbaijan)"nın İH-nin üzvüdür. O, Bankda 2009-cu ildən işləyir.
"Bank VTB (Azerbaijan)" Rusiyanın "VTB Bank" ASC-nin törəməsidir. Onun səhmdarları "VTB Bank" ASC (51%), “AtaHolding” ASC (48,99%) və 1 fiziki şəxsdir (0,01%).
Son xəbərlər
05:19
"Reuters": ABŞ NATO-nun iki qərargahında aparıcı rolundan imtina etmək istəyir
Digər ölkələr04:44
Yaponiya Ukrayna üçün ölümcül olmayan ləvazimatlar satın alacaq
Digər ölkələr04:16
ABŞ Dövlət katibi 13-16 fevral aralığında Almaniya, Slovakiya və Macarıstana səfər edəcək
Digər ölkələr03:38
Video
ABŞ-də təyyarə avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb
Digər ölkələr03:14
"Kan": Qəzzaya yaxın vaxtlarda İndoneziyadan bir neçə min hərbçi göndərilə bilər
Digər ölkələr02:57
"Forbes": Azərbaycan Avrasiyanın geosiyasi baxımdan yenidən qurulmasında kilid rol oynayır
Analitika02:33
Britaniya Kralı qardaşı Endryunun Epşteynlə əlaqələrinin araşdırılmasına kömək edəcəyinə söz verib
Digər ölkələr02:08
Bosniya və Herseqovina NATO ilə əməkdaşlıq üzrə 2025-ci il İslahat Proqramını qəbul edib
Digər ölkələr01:44