“Bank Respublika” xanımlara 9 hədiyyə vəd edir

Maliyyə
  • 05 mart, 2018
  • 11:56
“Bank Respublika” xanımlara 9 hədiyyə vəd edir

Bakı. 5 mart. REPORT.AZ/ 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində (5-7 mart tarixlərində) “Bank Respublika” ASC-nin istənilən ofisinə müraciət edən xanım müştərilər eyni anda 9 hədiyyə qazanacaqlar.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumata görə, həmin hədiyyələr aşağıdakılardır:

-Komissiyasız nağd pul krediti;

-Komissiyasız mikro kredit;

-Komissiyasız kredit xətti;

-Komissiyasız “Paykart” kredit kartı;

-Pulsuz (ilkin mədaxilsiz) MC GOLD LİTE debet kartı (5 illik);

-“Bakı Sığorta” ASC-nin təqdim etdiyi PULSUZ “Mənim Əmlakım” sığorta məhsulu;

-Pulsuz SMS məlumatlandırma xidməti (6 aylıq);

-Pulsuz internet bankinq xidməti;

-Pulsuz 3D Secure xidməti;

“Bank Respublika”nın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.bankrespublika.az saytına, Bankın facebook səhifəsinə müraciət etmək və yaxud 144 qısa nömrəsinə zəng etmək olar. 

Son xəbərlər

Bütün Xəbər Lenti