Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi üçün standartlar hazırlanıb

Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi üçün standartlar hazırlanıb Azərbaycanın ödəniş sistemində yeni standartlar tətbiq ediləcək
Maliyyə
3 Aprel , 2019 14:56
Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi üçün standartlar hazırlanıb
0 : 00
0 : 00

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemi infrastrukturunda tətbiq olunmaq üçün “QR Code” standartları hazırlayıb. 

“Report” xəbər verir ki, bu standartlar iki kateqoriya üzrə hazırlanıb.

Onlardan birincisi “Azərbaycan üzrə fiziki şəxslər üçün nəzərdə tutulmuş QR Code standartı”, ikincisi isə “Azərbaycan üzrə təsərrüfat subyektləri üçün nəzərdə tutulmuş QR Code standartı”dır:

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əsas hədəflərindən biri də kiçik təsərrüfat subyektlərinə nağdsız ödənişlərin qəbul edilməsi imkanı verən QR Code kimi ucuz ödəniş üsullarının təqdim edilməsindən ibarətdir. Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiya olunmuş bankların və digər xidmət təchizatçılarının bu istiqamətdə fəaliyyətinin tənzimlənməsi üçün qeyd olunan standartların yaradılması zəruridir", - AMB-nin açıqlamasında deyilir.

Açıqlamaya görə, “QR Code” standartlarından banklar, milli poçt operatoru, ödəniş xidməti təchizatçıları, kart prosessinq mərkəzləri, nəzarət-kassa aparatlarının operatorları, kütləvi xidmət müəssisələri istifadə edə bilərlər.

Təqdim olunan QR Code standartları hazırlanarkən beynəlxalq təcrübədə geniş tətbiq olunan “EMV® QR Code” Standartından istifadə olunub. Qeyd olunan mənbənin tövsiyələri nəzərə alınmaqla fiziki şəxslər və təsərrüfat subyektləri üzrə standartlar ayrı sənəd şəklində hazırlanıb.

Fiziki şəxslər üçün nəzərdə tutulan standart əsasında yaradılan “QR Code” müştərinin mobil cihazında yaradılmaqla cihazın ekranında nümayiş etdirilməli və qarşı tərəfin (fiziki şəxs və ya təsərrüfat subyekti) həmin kodu QR Code oxuducusu ilə oxutması əsasında ödəniş tranzaksiyası inisiasiya edilməlidir.

Təsərrüfat subyektləri üçün nəzərdə tutulan standart əsasında yaradılan “QR Code” təsərrüfat subyektinin qurğusunun (kassa aparatı, mobil tətbiq, terminal və s.) ekranında və ya statik formada xüsusi lövhədə nümayiş etdirilməli və müştərinin mobil cihazı vasitəsi ilə həmin kodun oxudulması əsasında ödəniş tranzaksiyası inisiasiya edilməlidir.

Son xəbərlər

Orphus sistemi