Azərbaycanda regionların kreditləşməsi illik 10% artıb

Azərbaycanda regionların kreditləşməsi illik 10% artıb Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 204 707,7 min manat və ya 9,9% artaraq 2018-ci il noyabrın 1-nə 2 268 838,4 min manat təşkil edib.
Maliyyə
10 Dekabr , 2018 11:06
Azərbaycanda regionların kreditləşməsi illik 10% artıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 204 707,7 min manat və ya 9,9% artaraq 2018-ci il noyabrın 1-nə 2 268 838,4 min manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ölkə üzrə cəmi kredit qoyuluşunun 18,5%-i bölgələrin payına düşüb. Regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (565,2 mln. manat) qeydə alınıb.

Qeyd edək ki, 2018-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12,281 mlrd. manat təşkil edib və bunun 10,013 mlrd. manatı və ya 81,5%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 12,1% təşkil etdiyi halda, Bakıda 10,3% olub, regionlarda isə 9,5-25% arasında dəyişib.

Son xəbərlər

Orphus sistemi