Azərbaycanda orta aylıq əmək haqqı 4%-ə yaxın artıb

Azərbaycanda orta aylıq əmək haqqı 4%-ə yaxın artıb Bakı. 9 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 541,1 manat olub.
Maliyyə
9 Avqust , 2018 11:20
Azərbaycanda orta aylıq əmək haqqı 4%-ə yaxın artıb

Bakı. 9 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 541,1 manat olub.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1546,2 min nəfər olub, onlardan 885,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,4%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7,0%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,0%-i isə iqtisadiyyatın digər sahələrində çalışıblar.

Son xəbərlər

Orphus sistemi