Yuxarı

Avropa İttifaqı son bir neçə ildə Azərbaycana 15 milyard dollardan çox sərmayə yatırıb

Avropa İttifaqı son bir neçə ildə Azərbaycana 15 milyard dollardan çox sərmayə yatırıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələri son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yatırıb.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

oktyabrın 15-də Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

"Aİ hələ də Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarət dövriyyəmizin 50%-ə yaxını onun payına düşür. Aİ son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan artıq sərmayə qoymuşdur. Azərbaycanda fəaliyyət göstərən AB mənşəli 1500-dən çox şirkət var. Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən bu şirkətlər arasında aparılan son tədqiqat Azərbaycanın iqtisadiyyatına və davam edən islahatlara inamın artdığını göstərir", - deyə nazir bildirib.

Xatırladaq ki, Elmar Məmmədyarov oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi