“Zıraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
- 16 yanvar, 2025
- 12:26
Yeniliklərdən dərhal xəbərdar olun!
“Zıraat Bank Azərbaycan" ASC 2024-cü ili 14,505 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 70,4 % çoxdur.
Ötən il "Zıraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 74,358 milyon manat (illik müqayisədə 19,8 % çox), əməliyyat xərcləri 42,019 milyon manat (27,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 14,026 milyon manat (23,9 % az), gözlənilməz gəlirləri 107 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 3,915 milyon manat (84 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 921,126 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 44,7 % çoxdur. Bunun 520,469 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 36,8 % böyüyüb.
Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 51,5 % artaraq 787,59 milyon manata, o cümlədən depozit portfeli 37,5 % artaraq 565,654 milyon manata, balans kapitalı isə 14,2 % artaraq 133,536 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.