"Zaminbank"ın daha iki əmlakı hərraca çıxarılır

"Zaminbank"ın daha iki əmlakı hərraca çıxarılır Fevralın 17-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Zamin Bank" ASC-nin daha iki daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
Maliyyə
129
27 Yanvar , 2022 18:05
Zaminbankın daha iki əmlakı hərraca çıxarılır

Fevralın 17-də "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan "Zamin Bank" ASC-nin daha iki daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Xatırladaq ki, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi, ev 251, mənzil 11 və 12 ünvanlarında yerləşən, ümumi sahəsi 30,8 kv.m və 33,2 kv.m olan yaşayış sahələrindən gedir. Əmlaklara ümumilikdə 460,8 min manat qiymət qoyulub.

Son xəbərlər

Orphus sistemi