“Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
- 12 oktyabr, 2023
- 11:37
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin yanvar-sentyabr aylarını 10,093 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 25,7 dəfə çoxdur.
9 ay ərzində “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 43,61 milyon manat (illik müqayisədə 36,6 % çox), xərcləri 29,242 milyon manat (20,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,31 milyon manat (80,6 % az), mənfəət vergisi ödəmələri isə 2,964 milyon manat (6,1 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 460,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,3 % çoxdur. Bunun 225,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,1 % böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 23,2 % artaraq 365,692 milyon manata, o cümlədən depozit portfeli 22,2 % artaraq 326,204 milyon manata, balans kapitalı isə 14,6 % artaraq 94,908 milyon manata çatıb.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.