“Xalq Sığorta” ötən ili zərərlə başa vurub

Maliyyə
  • 31 mart, 2023
  • 06:51
“Xalq Sığorta” ötən ili zərərlə başa vurub

“Xalq Sığorta” ASC 2022-ci ili 12,226 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildən 5,029 milyon manat mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il “Xalq Sığorta”nın gəlirləri 31,772 milyon manat (əvvəlki ilə nisbətən 16,5 % az), xərcləri isə 43,998 milyon manat (33,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Sığorta”nın aktivləri 81,902 milyon manat olub ki, bu da illik müqayisədə 1,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 52,8 % artaraq 39,91 milyon manata çatıb, balans kapitalı isə 22,5 % azalaraq 41,992 milyon manata düşüb.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti