“Xalq Bank” maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 18 iyul, 2023
  • 13:57
“Xalq Bank” maliyyə vəziyyətini açıqlayıb

“Xalq Bank” ASC bu ilin I yarısını 37,914 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur.

Yanvar-iyun aylarında “Xalq Bank”ın gəlirləri 86,57 milyon manat (illik müqayisədə 42,9 % çox), xərcləri 48,602 milyon manat (21,8 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 3,63 milyon manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 3,684 milyon manat (63,4 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Xalq Bank”ın aktivləri 2 871,308 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,4 % çoxdur. Bunun 1 724,735 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,6 % böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 14,9 % artaraq 2 385,61 milyon manata, o cümlədən depozit portfeli 20,4 % artaraq 2 054,149 milyon manata, balans kapitalı isə 6,5 % artaraq 485,698 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.

44 filmi