“Xalq Bank” maliyyə vəziyyətini açıqlayıb
- 13 oktyabr, 2023
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“Xalq Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 53,736 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə çoxdur.
9 ay ərzində “Xalq Bank”ın gəlirləri 136,821 milyon manat (illik müqayisədə 43,3 % çox), xərcləri 78,494 milyon manat (27,9 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 940 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 5,531 milyon manat (35,6 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Xalq Bank”ın aktivləri 2 milyard 985,666 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,9 % çoxdur. Bunun 1 milyard 796,171 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,9 % böyüyüb.
Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 16,4 % artaraq 2 milyard 483,128 milyon manata, o cümlədən depozit portfeli 0,4 % artaraq 2 milyard 141,697 milyon manata, balans kapitalı isə 7,8 % artaraq 502,539 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.