“Xalq Bank” maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 19 aprel, 2023
  • 14:02
“Xalq Bank” maliyyə vəziyyətini açıqlayıb
Xalq Bank
Report

“Xalq Bank” ASC bu ilin I rübünü 11,214 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 60 % çoxdur.

Yanvar-mart aylarında “Xalq Bank”ın gəlirləri 42,495 milyon manat (illik müqayisədə 43,2 % çox), xərcləri 22,356 milyon manat (15,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 7,085 milyon manat (3,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,842 milyon manat (36,1 % çox) təşkil edib.

Bu il aprelin 1-nə “Xalq Bank”ın aktivləri 2 700,678 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur. Bunun 1 736,162 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23,7 % böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 14,6 % artaraq 2 221,251 milyon manata, o cümlədən depozit portfeli 21,4 % artaraq 1 901,514 milyon manata, balans kapitalı isə 6,7 % artaraq 479,426 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.