"Xalq Bank"ın səhmdarı yenidən təşkil olunur

Maliyyə
  • 16 avqust, 2023
  • 12:44
Xalq Bankın səhmdarı yenidən təşkil olunur

"Xalq Bank" ASC-nin səhmlərinin 16,15 %-nə nəzarət edən "Foton" MMC yenidən təşkil olunur.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, səbəb şirkətin tərkibindən “Azerbaijan İndustrial Group” MMC-nin ayrılmasıdır.

44 filmi