​"Unibank" yeni kredit aksiyasına başlayıb

​"Unibank" yeni kredit aksiyasına başlayıb Bu aksiya həm manat, həm də dollar kreditlərini əhatə edir
Maliyyə
19 Sentyabr , 2015 10:27
​Unibank yeni kredit aksiyasına başlayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Unibank" ASC Azərbaycanın neft sahəsində çalışan vətandaşları üçün yeni kredit aksiyasına başlayıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, kampaniya çərçivəsində neftçilər "Unibank" filiallarına komissiyasız nağd kredit üçün müraciət edə bilər. Həm manat, həm də dollar kreditlərini əhatə edən bu xüsusi aksiya sentyabrın 24-dək davam edəcək.

"Unibank" hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Filiallar həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi