Britaniyanın maliyyə sektoruna xarici kapital axını iki dəfə azalıb

Britaniyanın maliyyə sektoruna xarici kapital axını iki dəfə azalıb Böyük Britaniyanın maliyyə və peşəkar xidmətlər sektoruna xarici investisiyalar 2023-cü ildə iki dəfə azalaraq 1 milyard funt sterlinq (1,25 milyard ABŞ dolları) təşkil edib.
Maliyyə
30 Aprel , 2024 14:43
Britaniyanın maliyyə sektoruna xarici kapital axını iki dəfə azalıb

Böyük Britaniyanın maliyyə və peşəkar xidmətlər sektoruna xarici investisiyalar 2023-cü ildə iki dəfə azalaraq 1 milyard funt sterlinq (1,25 milyard ABŞ dolları) təşkil edib.

“Report” xəbər verir ki, bu barədə "Reuters" agentliyi London şəhərinin hesabatına istinadən məlumat yayıb.

Bildirilib ki, 2022-ci ildə investisiya axınının rekord həddə çataraq - 2 milyard funt sterlinq təşkil edib. Ötən il iqtisadi şərtlərin pisləşməsi fonunda investisiya axını iki dəfə azalıb. ABŞ əsas investisiya mənbəyi olub. O, 1 milyard funt sterlinq ümumi məbləğin 40 %-dən çoxunu təmin edib.

Məlumata görə, bütün investisiya layihələrinin üçdə biri - 227 milyon funt sterlinq aktiv idarəçilərin payına düşüb.

Son xəbərlər

Orphus sistemi