Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1 % azalıb

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1 % azalıb Bu ilin yanvar-mart aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 545,9 milyon manatlıq əməliyyat aparıb.
Maliyyə
30 Aprel , 2024 16:05
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1 % azalıb

Bu ilin yanvar-mart aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 545,9 milyon manatlıq əməliyyat aparıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır.

Təkcə martda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 173,7 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 20,4 % azdır.

Son xəbərlər

Orphus sistemi