Sosial Dəstək Mərkəzi auditor seçir

Sosial Dəstək Mərkəzi auditor seçir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi 2023-cü maliyyə ili üzrə audit xidmətləri üçün açıq tender elan edib.
Maliyyə
30 Aprel , 2024 12:44
Sosial Dəstək Mərkəzi auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 61 manatdır.

İddiaçılar təkliflərini mayın 23-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 23-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi