Media qurumları ilə sığorta sektoru arasındakı yeni əməkdaşlıq imkanları müzakirə olunub

Media qurumları ilə sığorta sektoru arasındakı yeni əməkdaşlıq imkanları müzakirə olunub Media qurumları ilə sığorta sektoru arasındakı mövcud münasibətlər və yeni imkanlar müzakirə edilib.
Maliyyə
30 Aprel , 2024 14:38
Media qurumları ilə sığorta sektoru arasındakı yeni əməkdaşlıq imkanları müzakirə olunub

Media qurumları ilə sığorta sektoru arasındakı mövcud münasibətlər və yeni imkanlar müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan Medianın İnkişad Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov arasında keçirilən görüşdə bildirilib.

ASA-nın İcraçı direktoru görüşdə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən danışıb, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi haqqında məlumat verib.

MEDİA-nın rəhbəri də öz növbəsində sığorta sektorunun inkişafı istiqamətində görülən işləri maraqla qarşıladığını bildirib. Sığorta sektorunun media ilə qurduğu əlaqələri uğurlu hesab edərək yüksək qiymətləndirib.

Görüşün sonunda, ənənəvi və yeni medianın peşəkar əsaslarla inkişafına, habelə media qurumları vasitəsilə sığorta maarifləndirməsi işlərinin aparılmasına göstərilən dəstəyə görə ASA tərəfindən təsis olunmuş xüsusi mükafat Əhməd İsmayılova təqdim olunub.

Son xəbərlər

Orphus sistemi