Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 17 %-dək artıb

Maliyyə
  • 29 aprel, 2023
  • 12:07
Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 17 %-dək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 69 şirkət yaradıblar ki, bu da, 2022-ci iin eyni dövrü ilə müqayisədə 16,9 % çoxdur.

“Report” bu barədə Türkiyə Odalar və Birjalar Birliyinə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, bu il yaradılan şirkətlərin 12-si (illik müqayisədə 20 % çox) səhmdar cəmiyyət, 57-si isə (16,3 % çox) məhdud məsuliyyətli cəmiyyət formasındadır.

Hesabat dövründə yaradılan şirkətlərin ümumi kapitalı 76,5 milyon türk lirəsi (3,825 milyon ABŞ dolları) olub ki, bu da, 2022-ci ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur. Bunun 92,2 %-i və ya 70,524 milyon türk lirəsi (3,526 milyon ABŞ dolları; 3,8 dəfə çox) Azərbaycanın payına düşüb.

Təkcə bu ilin mart ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 26 şirkət (2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 % çox) yaradıb. Şirkətlərin 6-sı səhmdar cəmiyyət (3 dəfə çox), 20-si MMC (il ərzində 13 % az) olub. Ümumi kapitalı 46,180 milyon türk lirəsi (2,309 milyon ABŞ dolları; 7,7 dəfə artıb) olan ortaq şirkətlərin 93,9 %-i və ya 43,354 milyon türk lirəsi (2,168 milyon ABŞ dolları; 9,2 dəfə çox) dəyərində hissəsi Azərbaycana məxsus olub.

1 lirə = 0,05 ABŞ dolları