"Turanbank" manat əmanətlərini bahalaşdırıb
Maliyyə
- 17 oktyabr, 2016
- 07:13
Bakı. 17 oktyabr. REPORT.AZ/ "Turanbank" ASC manatla qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.
Məlumata görə, hazırda "Turanbank" 1 il müddətinə milli valyutada yerləşdirilmiş əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 16-16,5% dividend ödəyir. İndiyə qədər bu göstərici 13-13,4% olub.
Bankın ABŞ dolları və avro ilə 1 illik əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.
Xatırladaq ki, "Turanbank" 1992-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 50 002 466 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 082 manat olan 46 213 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 29,2%-i 6 hüquqi şəxsə, 70,8%-i isə 20 fiziki şəxsə məxsusdur.
Son xəbərlər
23:30
Tramp İranla hərbi müdaxiləsiz razılığa gəlmək istəyir
Digər ölkələr23:25
Foto
AEBA rəhbəri ABŞ rəsmisilə İran dosyesini müzakirə edib
Digər ölkələr23:11
Omanın XİN rəhbəri İran məsələsində əhəmiyyətli irəliləyişlərə ümid edir
Digər ölkələr23:02
İsveçrə səfiri: Gəncədəki sənaye müəssisələri ilə əməkdaşlıq üçün geniş imkanlarımız var
Sənaye22:50
Tramp: Ola bilsin, Kubanı dostcasına özümüzə birləşdirək
Digər ölkələr22:40
Jorj Mikautadze La Liqada fevralın ən yaxşı futbolçusu seçilib
Futbol22:39
İtaliyada tramvay relsdən çıxıb, ölənlər var
Digər ölkələr22:30
Rəşad Nəbiyev "Böyük Dəbilqə" turnirində medal qazanan idmançıları təbrik edib
Fərdi22:23