Təhsil Nazirliyinin idarəsi 4 milyon manatlıq 2 tenderə yekun vurub

Maliyyə
  • 30 noyabr, 2021
  • 12:30
Təhsil Nazirliyinin idarəsi 4 milyon manatlıq 2 tenderə yekun vurub

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrinin əsaslı təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, hər 2 tenderin qalibi "Mühəndislik Tikinti Təchizat" MMC-dir.

Qalib şirkətə 3,648 milyon manat ödəniləcək.