Taleh Kazımov: "Azərbaycan banklarının əmanətlər üzrə uzunmüddətli maraqları kifayət qədər deyil"
- 13 noyabr, 2023
- 08:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda banklara yerləşdirilən əmanətlərin 73 %-nin məbləği 30 min manata qədərdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Bu sahədə fevral ayından bəri azalma müşahidə edirik. Bizi narahat edən digər bir məqam isə 1 ilə qədər müddətə yerləşdirilmiş əmanətlərin ümumi əmanətlərdə payının 81 % təşkil etməsidir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzunmüddətli maraqları kifayət qədər deyil ki, aktiv şəkildə biznes kreditləri versinlər", - deyə AMB-nin sədri əlavə edib.
T.. Kazımovun sözlərinə görə, narahatedici məqamlardan biri də valyuta təklifinin tələbi üstələdiyi vaxtda AMB-nin valyuta bazarına alış yönümlü müdaxiləsidir: "Müdaxilə baş verirsə, pul təklifi arta bilər və gələcək inflyasiyanın artımının qarşısını almaq üçün AMB-nin sterelizasiya əməliyyatlarının genişlənməsi zəruri ola bilər. Bu isə xərclərimizin artımı deməkdir. Ümidvarıq ki, Vergi Məcəlləsinə verdiyimiz təklif layihəsində təqdim olunan mexanizmlə bu problemi qismən aradan qaldıra bilərik".