Taleh Kazımov: "Sabit məzənnə rejimi özünü doğruldur"

Maliyyə
  • 23 iyun, 2023
  • 09:18
Taleh Kazımov: Sabit məzənnə rejimi özünü doğruldur

Azərbaycanda sabit məzənnə rejimi birmənalı şəkildə özünü doğruldur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında bildirib.

"Əsas tərəfdaş ölkələrdə milli valyutanın ucuzlaşması onlardan Azərbaycana idxal edilən məhsulların qiymətlərinə azaldıcı təsir göstərib. Sabit məzənnə rejimi həm də inflyasiya baxımından özünü doğruldur", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, AMB-nin əsas siyasəti qiymətlərin sabitliyidir, məzənnə siyasəti deyil: "Məzənnə sabitliyi yalnız makroiqtisadi sabitliyin təmin edilməsi üçün lazım olan rejimdir".

Qeyd edək ki, Azərbaycanda 2018-ci ilin martın 7-dən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti