SOCAR-ın səhmlərinə maraq göstərdiyi bank nizamnamə kapitalını 58 % artırır

SOCAR-ın səhmlərinə maraq göstərdiyi bank nizamnamə kapitalını 58 % artırır “Azər-Türk Bank" ASC nizamnamə kapitalını 29 milyon manat və yaxud 58 % artıraraq 50 milyon manatdan 79 milyon manata çatdırmağı planlaşdırır.
Maliyyə
3 Dekabr , 2024 12:55
SOCAR-ın səhmlərinə maraq göstərdiyi bank nizamnamə kapitalını 58 % artırır

“Azər-Türk Bank" ASC nizamnamə kapitalını 29 milyon manat və yaxud 58 % artıraraq 50 milyon manatdan 79 milyon manata çatdırmağı planlaşdırır.

“Report” Bankdakı mənbəyə istinadən xəbər verir ki, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 50 milyon səhminin nominal dəyərinin 1 manatdan 1,58 manata çatdırılması hesabına baş tutacaq.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. Bir qədər əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlətə məxsus nəzarət paketinin 51 %-lik hissəsini əldə etmək niyyətini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi