S&P Yunanıstanın suveren reytinqini artırıb

Maliyyə
  • 26 iyun, 2018
  • 08:08
S&P Yunanıstanın suveren reytinqini artırıb

Bakı. 26 iyun. REPORT.AZ/ "Standard and Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Yunanıstanın suveren reytinqini "B" səviyyəsindən "B+" səviyyəsinə qaldırıb. 

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir. 

Agentliyin reytinq üzrə proqnozu isə "Müsbət"dir. 

"Yunanıstana birbaşa xarici investisiyaların məbləği artarsa, reytinqin daha da artırılmasını nəzərdən keçirə bilərik" - deyə S&P bəyan edib. 

44 - Tezliklə