S&P-nin nümayəndələri suveren kredit reytinqini müəyyən etmək üçün Azərbaycana səfərə gəlib

Maliyyə
  • 28 noyabr, 2018
  • 13:14
S&P-nin nümayəndələri suveren kredit reytinqini müəyyən etmək üçün Azərbaycana səfərə gəlib

Bakı. 28 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Azərbaycanın suveren kredit reytinqinin müəyyən olunması məqsədilə ölkəmizdə səfərdə olan “Standard&Poor’s” (S&P) reytinq agentliyinin nümayəndələri ilə görüş keçirilib.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, görüşdə S&P nümayəndələrinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində Palatanın gördüyü işlər və bu sahədə Palatanın üzərinə düşən vəzifələr barədə məlumat verilib.

Həmçinin S&P nümayəndələrinin Azərbaycanın bank sektorunun sabitliyi, hüquqi və tənzimləyici çərçivə üzrə son yeniliklər, bu sahədə mövcud problemlər və s. barədə sualları cavablandırılıb.

44 filmi