“S&P” Azərbaycanda orta illik inflyasiya proqnozunu azaldıb

“S&P” Azərbaycanda orta illik inflyasiya proqnozunu azaldıb “SP Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiya proqnozunu 3 %-ə qədər azaldıb.
Maliyyə
8 İyun , 2024 15:01
“S&P” Azərbaycanda orta illik inflyasiya proqnozunu azaldıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiyanı 3 % səviyyəsində proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib. S&P-nin apreldə 2024-cü il üçün elan etdiyi gözlənti 3,5 % təşkil edirdi.

Agentliyin 2025-2027-ci illər üçün orta illik inflyasiya gözləntiləridə 3 % üzərindədir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə - 99,3 %, qeyri-ərzaq məhsulları üzrə - 101,3 %, əhaliyə göstərilən pullu xidmətlər üzrə - 102,4 % təşkil edib.

Azərbaycanda 2024-cü ilin aprel ayında mart ayı ilə müqayisədə deflyasiya 0,1 %, il ərzində isə inflyasiya 0,4 % təşkil edib.

Azərbaycan hökuməti 2024-cü il üçün orta illik inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır. 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %, 2025-ci ildə 5 %, 2029-cu ildə isə 4 % təşkil edəcək. Dünya Bankı ölkədə inflyasiyanın 2024-cü ildə 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 4 % olacağını gözləyir. Asiya İnkişaf Bankının proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,5 %, 2025-ci ildə isə 6,5 %-ə yüksələcək.

Niderlandın “ING Group”u Azərbaycanda orta illik inflyasiyanın 2024-cü ildə 1,6 %, 2025-ci ildə 3,8 %, 2026-cı ildə isə 4,2 % olacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi