Rusiya Bankı: Ölkədə yeni iqtisadi tsikl başlayıb

Maliyyə
  • 28 mart, 2017
  • 13:55
Rusiya Bankı: Ölkədə yeni iqtisadi tsikl başlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Rusiyada yeni iqtisadi tsikl başlayıb. 

“Report” xəbər verir ki, bu açıqlama ilə Rusiya Bankının (Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina çıxış edib.

Onun sözlərinə görə, ölkənin bank sistemi 2014-2015-ci illərdəki şoklardan sonra əvvəlki vəziyyətinə qayıda bilib.

“İndi Rusiyada yeni iqtisadi tsiklin başlanmasından danışmaq olar. İqtisadi tənəzzül dayanıb, bir sıra sahələrdə artım müşahidə edilir. Real əmək haqları artmağa başlayıb. Bankların biznesi inkişaf etdirmək, kreditləşməni genişləndirmək üçün bütün imkanları mövcuddur” - E.Nabiullina qeyd edib.