Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlirləri təxminən 4 % azalıb

Maliyyə
  • 06 may, 2024
  • 13:51
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlirləri təxminən 4 % azalıb

Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) gəlirləri 107,518 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 3,5 % azdır.

RİNN-nin gəlirlərinin 93,095 milyon manatı və yaxud 86,6 %-i qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 7,3 % azdır. Hesabat dövründə nazirliyin birja əməliyyatlarından gəlirləri isə 31,8 % artaraq 14,423 milyon manat olub.

Ötən il RİNN-nin xərcləri isə əvvəlki ilə nisbətən 3,7 % az - 107,335 milyon manat təşkil edib. O cümlədən nazirliyin əməkhaqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 7,5 % artaraq 5,485 milyon manat, maliyyə yardımları və sair transferləri 4,3 % azalaraq 100,905 milyon manat, sərf etdiyi materialların dəyəri 30 % artaraq 78 min manat, amortizasiya xərcləri 3 % azalaraq 96 min manat, sair əməliyyat xərcləri isə 0,1 % artaraq 771 min manat olub.

44 filmi