Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) gəlirləri 26,959 milyon manat təşkil edib.
Maliyyə
27 Aprel , 2022 13:14
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb

2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) gəlirləri 26,959 milyon manat təşkil edib.

“Report” nazirliyə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,4 dəfə azdır.

RİİN-in ötənilki gəlirlərinin 16,895 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 3,6 dəfə azdır. Hesabat dövründə nazirlik birja əməliyyatlarından 9,866 milyon manat (2,3 dəfə çox), sair əməliyyatlardan isə 198 min manat (əvvəlki il olmayıb) gəlir əldə edib.

2021-ci ildə RİİN-in xərcləri də 2,4 dəfə azalaraq 26,826 milyon manat, o cümlədən əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 4,6 % artaraq 5,953 milyon manat, maliyyə yardımı və sair transferləri 3 dəfə artaraq 20,123 milyon manat, sərf etdiyi materialların dəyəri 30,1% azalaraq 51 min manat, amortizasiya xərcləri 1,9 % artaraq 106 min manat, sair əməliyyat xərcləri isə 58% artaraq 594 min manat olub.

Son xəbərlər

Orphus sistemi