"Rabitəbank" mənfəətini kəskin artırıb

Maliyyə
  • 22 oktyabr, 2021
  • 07:43
Rabitəbank mənfəətini kəskin artırıb

"Rabitəbank" ASC bu ilin yanvar-sentyabr aylarını 6,625 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 71,1% çoxdur.

9 ay ərzində "Rabitəbank"ın gəlirləri 60,368 milyon manat (illik müqayisədə 37,8% çox), xərcləri 43,981 milyon manat (45,4% çox), xüsusi ehtiyatlara ayırmaları 9,761 milyon manat (0,7% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Rabitəbank"ın aktivləri 906,865 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2% çoxdur. Bunun 427,609 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,9% böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 5,4% artaraq 802,742 milyon manata, o cümlədən depozit portfeli 6,8% artaraq 621,947 milyon manata, balans kapitalı isə 3,8% artaraq 104,124 milyon manata çatıb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

44 filmi