“Qazprombank” Azərbaycanda inflyasiyanın sabitləşməsinin amillərini açıqlayıb

“Qazprombank” Azərbaycanda inflyasiyanın sabitləşməsinin amillərini açıqlayıb “Azərbaycanda istehlak qiymətlərinin artımı iyunda sürətlənməkdə davam etsə də, stabilləşmə əlamətləri müşahidə olunub”.
Maliyyə
28 İyul , 2022 12:08
“Qazprombank” Azərbaycanda inflyasiyanın sabitləşməsinin amillərini açıqlayıb

“Azərbaycanda istehlak qiymətlərinin artımı iyunda sürətlənməkdə davam etsə də, stabilləşmə əlamətləri müşahidə olunub”.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank”ın Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib.

“İyunda inflyasiya may ayına nisbətən 0,5 faiz bəndi artaraq, əsasən ərzaq və xidmətlər seqmentlərində inflyasiya təzyiqlərinin artması səbəbindən illik müqayisədə 14,2 % təşkil edib. Azərbaycanda ərzaq inflyasiyası may ayı ilə müqayisədə 0,4 faiz bəndi artaraq illik 20,6 %-ə yüksəlib”, - o qeyd edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, qənnadı, çörək və makaron məmulatları, həmçinin ət, yağ-piy və süd məhsulları seqmentlərində inflyasiya təzyiqi davam edir. Eyni zamanda, mayda qeydə alınan 1,8 faiz bəndi artımla müqayisədə iyun ayında ərzaq qiymətlərində artım əhəmiyyətli dərəcədə azalıb. Görünür, buna səbəb digər amillərlə yanaşı, Azərbaycanın əsas qida tədarükçülərindən biri olan Rusiyada inflyasiyanın yavaşlamasıdır (may ayı ilə müqayisədə 1,2 faiz bəndi azalaraq illik 15,9 %-ə çatıb).

“Biz həmçinin qeyri-ərzaq sahəsində inflyasiyanın sabitləşməsinin əlamətlərini görürük. Buna manatın sabit məzənnəsi dəstək verir. Qeyd edək ki, sabit məzənnə Azərbaycanda makroiqtisadi sabitliyin əsas lövbəridir. Məzənnə 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində saxlanılır. Bundan başqa, istehlak qiymətlərinin sabitləşməsinə inflyasiya ilə mübarizədə qeyri-monetar tədbirlər, o cümlədən ölkəyə tədarük edilən sosialyönümlü bir sıra məhsullarla bağlı idxal rüsumlarının ləğvi təsir göstərir. Xatırladaq ki, ölkədə iyunda qeyri-ərzaq seqmentində inflyasiya bir az artıb (may ilə müqayisədə 0,3 faiz bəndi artaraq illik 7,4 % təşkil edib).

Xidmət sektorunda inflyasiyanın illik 10,9 %-ə kimi sürətlənməsi (+0,6 faiz bəndi) güman ki, əksər karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra ilk dəfə turizm mövsümünün başlaması ilə əlaqədardır. Ən əhəmiyyətli tarif artımı mənzil kirayəsi, ictimai iaşə və nəqliyyat xidmətləri seqmentlərində müşahidə olunub”, - G.Xaydarşina vurğulayıb.

Son xəbərlər

Orphus sistemi