Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanıb

Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanıb Son 2 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib.
Maliyyə
30 Yanvar , 2023 16:22
Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanıb

Son 2 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını xatırladan kollegiyanın sədri qeyd edib ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin büdcəsindən cəmi 4,315 milyard manat vəsait ayrılıb: “Bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2,67 milyard manat vəsait 60 %-dən çox artırılıb. Bu, ötən ilin büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün büdcədən 6,5 milyard manat vəsait maliyyələşdirilib”.

Xatırladaq ki, 2023-cü ildə Qarabağın bərpası və yenidən qurulması üçün büdcədə nəzərdə tutulmuş vəsait 3 milyard manatdır. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4 % çoxdur.

Bu il sözügedən xərclərin büdcə xərclərində xüsusi çəkisi 9 %, ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 2,8 % təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi