Qarabağda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

Maliyyə
  • 13 mart, 2024
  • 04:54
Qarabağda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, kotirovkada iştirak haqqı 147 manatdır.

Iddiaçılar təkliflərini aprelin 3-nə qədər Xidmətin Ağdam şəhərindəki ofisinə təqdim edə bilərlər.

Təkliflərə aprelin 3-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

44 filmi